Medianews.az
Rza Pəhləviyə hücum -
174 baxış

Rza Pəhləviyə hücum - FOTO+VİDEO

İranın devrilmiş şahının ABŞ-də yaşayan oğlu Rza Pəhləvi Almaniyaya səfər edib.

Medianews.az xəbər verir ki, bəzi şəxslər, o cümlədən iranlı mühacirlər Berlində Rza Pəhləvini etirazla qarşılayıblar. Onlardan biri isə Pəhləvinin üstünə tomat sousu atıb.

Mühafizəçilər dərhal bu hərəkəti edən gənci əhatəyə alıb, Pəhləvini sürətlə ərazidən uzaqlaşdırıblar.

Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur.

Rza 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ailəsi ilə birgə ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. 

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. 

2026-cı ilin fevral ayının 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. 40 gündən sonra ABŞ və İran arasında atəşkəs əldə edilib.

Rza Pəhləvi ABŞ və İsrailin İrana qarşı müharibəsini dəstəkləyib, dəfələrlə İran xalqını fürsətdən yararlanaraq dini rejimi devirməyə çağırıb.

Medianews.az

Bizə qoşulun