Medianews.az
Rza Pəhləvi İran xalqına
79 baxış

Rza Pəhləvi İran xalqına MÜRACİƏT ETDİ

İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, müxalif siyasi fiqur Rza Pəhləvi İran xalqına videoformatda müraciət edib.

Musavat.com bildirir Rza Pəhləvi çıxışında ABŞ-ın İrana yönəlik addımlarını “humanitar müdaxilə” kimi qiymətləndiribb

"Qarşımızda yeni bir mərhələ açılıb. Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən cəsur İran xalqına vəd edilən yardım artıq çatıb. Bu, humanitar müdaxilədir və hədəfi İslam Respublikası, onun repressiya aparatı və qətl maşınıdır — İranın böyük ölkəsi və xalqı deyil.

Lakin bu yardımın çatmasına baxmayaraq, son qələbə yenə də bizim əllərimizlə yazılacaq. Bu son mübarizədə işi bitirəcək olan biz — İran xalqıyıq. Küçələrə qayıtmağın vaxtı yaxınlaşır. İndi ki, İslam Respublikası süqut ərəfəsindədir, ölkənin hərbi, polis və təhlükəsizlik qüvvələrinə mesajım aydındır: İranın və İran xalqının keşiyində durun, İslam Respublikasının və onun rəhbərlərinin deyil.

Sizin vəzifəniz xalqı qorumaqdır, vətənimizi repressiya və cinayət yolu ilə girov götürmüş bir rejimi deyil. Xalqa qoşulun və sabit, təhlükəsiz bir keçidə dəstək olun. Əks halda, Xameneinin və rejiminin batmaqda olan gəmisilə birlikdə siz də batacaqsınız".

Rza Pəhləvi ABŞ prezidenti Trampa da müraciət edib:

"Və mesajım Amerika Birləşmiş Ştatlarının prezidenti Trampa budur: İranın şərəfli xalqı bu rejimin vəhşi repressiya və qətliamlarına baxmayaraq, iki aya yaxın müddətdə cəsarətlə dayandı. Sizdən xahiş edirəm ki, mülki şəxslərin və həmvətənlərimin həyatını qorumaq üçün maksimum ehtiyat göstərin. İran xalqı sizin və azad dünyanın təbii müttəfiqidir və müasir İran tarixinin ən çətin dövründə göstərdiyiniz yardımı heç vaxt unutmayacağam".

Bizə qoşulun