Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya yenidən dollar sisteminə qayıtmaq istəyəcək.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Skott Bessent (Scott Bessent) bəyan edib.
Maliyyə nazirinin sözlərinə görə, qlobal maliyyə sisteminin strukturu elə qurulub ki, böyük iqtisadiyyatların uzun müddət ondan kənarda qalması effektiv deyil və münaqişə bitdikdən sonra Moskva yenidən dollarla hesablașmalara maraq göstərəcək.
Bundan əlavə, Bessent rəsmi Tehranla aparılan danışıqlara da toxunub. O, İran tərəfinin də ticari əməliyyatlarda hesab-fakturaları ABŞ valyutası ilə təqdim etməyə hazır olduğunu iddia edib.//musavat.com