Medianews.az
Ronaldodan sərt reaksiya:
96 baxış

Ronaldodan sərt reaksiya: azarkeşlə gərginlik yaşandı - VİDEO

Səudiyyə Ərəbistanın Pro Liqasında “Əl-Nəsr” “Əl-Əhli”ni 2:0 hesabı ilə məğlub edərək çempionluq yolunda vacib qələbə qazanın.

Medianews.az xəbər verir ki, oyundan sonra Kristiano Ronaldonun davranışı diqqət mərkəzinə düşdü.

Stadionda müsahibə zamanı rəqib azarkeşlərin sözlərinə reaksiya verən portuqaliyalı futbolçu əsəbi şəkildə gülərək əli ilə jest edib.

Ronaldo cavab olaraq UEFA Çempionlar Liqasında qazandığı uğurları xatırladıb və 5 dəfə qalib olduğunu vurğulayıb.

Futbolçunun jesti və açıqlamaları qısa müddətdə sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrildi.

Medianews.az

 

Bizə qoşulun