Medianews.az
Restoranda namaz qılması mübahisə yaratdı -
176 baxış

Restoranda namaz qılması mübahisə yaratdı - VİDEO

Monakoda restoranda baş verdiyi iddia olunan hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, iddialara görə, restoran müştərilərindən biri zalın ortasına səccadə sərərək namaz qılmağa başlayıb.

Bunu görən restoran müdiri ona yaxınlaşaraq ibadətini dayandırmasını və məkanı tərk etməsini nəzakətlə xahiş edib.

Müştərinin isə bu tələbi qəbul etmədiyi, müsəlman kimi istədiyi yerdə ibadət etmək hüququnun olduğunu bildirdiyi iddia olunur.

Hadisəni əks etdirdiyi deyilən görüntülərin yayılmasından sonra ictimai rəydə fikir ayrılığı yaranıb. Bir qrup istifadəçi dini etiqad azadlığının hər kəs üçün təmin edilməli olduğunu və ibadətin məhdudlaşdırılmamasını müdafiə edib.

Digər qrup isə restoran kimi ümumi istifadə məkanlarında ibadət üçün daha uyğun yerlərin seçilməsinin vacibliyini vurğulayaraq, belə halların ictimai narahatlıq yaratmamalı olduğunu bildirib.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.

Medianews.az

 

Bizə qoşulun