"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate karyerasını Madriddə davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, "Real Madrid" artıq fransalı futbolçuya təklif göndərib.
Madrid klubu 26 yaşlı müdafiəçiyə 2031-ci ilin yayına qədər nəzərdə tutulan razılaşma təklif etməyə hazırdır.
Bununla yanaşı, "kral klubu" oyunçunu bu ilin yayında azad agent qismində heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, Konateninin "Liverpul" ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.