Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Medianews.az xəbər verir ki, Teymur Mehdiyev general-mayordur. 1975-ci il iyunun 25-də doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədidir.
1997-1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyində, 1999-2001-ci illərdə Daxili İşlər Nazirliyində, 2001-2004-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb.
2004-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006-2011-ci illərdə mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini olub.
5 may 2014-cü ildən fövqəladə hallar nazirinin müavini idi.