Martın 11-də saat 10:00-dan etibarən Quba şəhəri və 33 yaşayış məntəqəsində ümumilikdə 18 520 abonentin qaz təchizatı dayandırılacaq.
Medianews.az xəbər verir ki, buna səbəb Qəçrəş ölçü qovşağında baypas xətti üzərində fləns birləşməsinin quraşdırılmasıdır.
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.