Medianews.az
Qonşu ölkədə mənfi saldo 11,2 milyard dolları ötdü
351 baxış

Qonşu ölkədə mənfi saldo 11,2 milyard dolları ötdü

Gürcüstanın Milli Statistika Xidməti xarici ticarət hesabatı yayıb.

Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, 2025-ci ildə 25 milyard 820,9 milyon dollar dəyərində ticarət dövriyyəsi qeydə alınıb, idxal ixracı 11 milyard 238,5 milyon dollar üstələyib.

Əsas ticarət tərəfdaşları siyahısında Türkiyə dövriyyənin 12 faizi, ABŞ 11 faizi, Rusiya 10,4 faizi ilə göstərilir.

İlk onluqda həmçinin Çin (9 faiz), Qırğızıstan (5,8 faiz), Almaniya və Azərbaycan (hər biri 5,3 faiz), Qazaxıstan (3,9 faiz), Ermənistan (3 faiz), Bolqarıstan (2,2 faiz) yer alır.

Medianews.az

Bizə qoşulun