Medianews.az
Qızıl, pomidor, karbamid... -
93 baxış

Qızıl, pomidor, karbamid... - İxrac hesabatı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2025-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2024-cü illə müqayisədə 8,1 faiz artaraq 3,6 milyard ABŞ dolları dəyərində rəsmiləşib.

İxrac mal və məhsulları siyahısında qızıl 326,2 milyon dollarla birinci, pomidor (tomat) 192,5 milyon dollarla ikinci, karbamid 170,8 milyon dollarla üçüncü yerdə göstərilir.

Əsas ünvanlar belə sıralanır: Rusiya (1,2 milyard dollar), Türkiyə (597,3 milyon dollar), Gürcüstan (347,9 milyon dollar), İsveçrə (347,8 milyon dollar), Ukrayna (201 milyon dollar).

Medianews.az bildirir ki, Dövlət Gömrük Komitəsi Azərbaycanın 2025-ci ildə 180 ölkə ilə ticarət əməliyyatı apardığını, ixracın 25 milyard dolları, idxalın 24,3 milyard dolları ötdüyünü bəyan edib.

Statistikaya əsasən, neft-qaz sektoru üzrə 21,4 milyard dollar dəyərində ixrac qeydə alınıb.

İlk üçlükdə bu məhsullar da var: meyvə-tərəvəz - 901,5 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar - 361,2 milyon dollar, kimya sənayesi məhsulları - 316,4 milyon dollar.

Medianews.az

Bizə qoşulun