Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşmək imkanını rədd edib.
"Report"un məlumatına görə, bu barədə Ukrayna KİV-i Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
"Əlbəttə, mənim Vladimir Putinlə Moskvada görüşməyim mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşmək kimi bir şeydir. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Onu açıq şəkildə dəvət edirəm", - o bildirib.