“Benfika”nın baş məşqçisi Joze Mourinyo 2025/26 mövsümünün sonunda “Real”a qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə tanınmış agent Paulu Barbosa məlumat verib.
Onun sözlərinə görə, Mourinyo yenidən top-məşqçiyə çevrilir və bu da onun Madrid klubunun "sükanı arxasına" keçməsi ilə nəticələnə bilər:
"Son dövrlərdə o, elə komandalar seçirdi ki, orada şərait çox da yaxşı deyildi. Bu, Mourinyonun səhvi idi. “Fənərbağça”da ona çətin idi, çünki futbolçuların səviyyəsi uyğun deyildi. Jozedə gənc oyunçuları hazırlamaq bacarığı var, amma bunun üçün ona səlahiyyətlər də lazımdır. İndi yenidən Mourinyonun “Real”a qayıdışı ilə bağlı söhbətlər gedir. Düşünürəm ki, bu real variantdır. Mourinyo “Benfika”da bir mövsüm işləyəcək. Onun “Real”a təyinatı ilə bağlı danışıqlar aparılır. Hazırda razılıq verə bilməz, amma yayda Jozedən Madridə qayıdış mümkündür", - deyə Barbosa “RB Sport”a açıqlamasında bildirib.
Portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə artıq “Real”a baş məşqçilik edib və bu müddətdə İspaniya çempionluğu, Kral kuboku və İspaniya Superkubokunu qazanıb.
Çərşənbə günü isə onun rəhbərlik etdiyi “Benfika” Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda “Real”ı öz meydanında 4:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb və madridlilərin birbaşa 1/8 finala çıxmasına mane olub.