Medianews.az
Gömrük orqanları Azərbaycanda inflyasiyanı belə tətikləyir –
54 baxış

Gömrük orqanları Azərbaycanda inflyasiyanı belə tətikləyir – Palatadan ilginc hesabat

Uzun illərdir ki, Azərbaycanda inflyasiyanı sürətləndirən əsas xarici faktor idxal amili hesab olunur. Hökumətin, həmçinin Mərkəzi Bankın hesablamaları göstərir ki, idxal olunan malların qiymətindəki artım inflyasiyaya ən böyük artırıcı təsir göstərir. Bir çox hallarda isə müqayisə apardıqda, idxal olunan məhsulların qonşu ölkələrdə Azərbaycandan daha ucuz olduğu aydınlaşır.

Medianews.az bildirir ki, bu faktlar bir qayda olaraq “niyə eyni məhsulu idxal edən iki qonşu ölkədə qiymətlər arasında bu qədər fərq yaranır?” tipli çoxsaylı sualların meydana çıxmasına səbəb olur. Və əksəriyyət belə suallara cavab kimi idxaldakı inhisarçılığı önə çəkir. Xarici ticarət iştirakçısı olan sahibkarlar, şirkətlər bu ittihamları rədd edir, lakin qiymət fərqinin kökündə dayanan səbəbləri açıqlaya bilmirlər.

Bu günlərdə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) nəhayət ki, idxal olunan məhsulların qiymət artımına səbəb olan əsas amillərdən birini açıqlayıb. Palatanın hesabatına görə, Azərbaycanda neft və əsasən qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlər ölkəyə kommersiya məqsədilə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük nümayəndələri tərəfindən idxal olunan malın dəyərinin süni şəkildə qaldırılması halları ilə rastlaşırlar.

Hesabatda qeyd edilib ki, belə hallarda idxal edən tərəfin malların faktiki alqı-satqı sənədlərini təqdim etməsinə baxmayaraq, gömrük orqanları əməkdaşlarının tələbi öz qüvvəsində qalır və nəticə etibarilə yük sahibi nəqliyyat vasitəsinin saxlanılması kimi əlavə xərclərin qarşısını almaq üçün gömrük nümayəndəsinin şərtləri ilə razılaşmalı olur:

Azərbaycanda Amerika Ticarət Palatası koronavirusla mübarizəyə dəstək verir

“Nəzərə almaq lazımdır ki, gömrük əməliyyatlarının bu şəkildə aparılması iqtisadiyyatın digər sahələrinə də mənfi təsir göstərir. Gömrük dəyərinin və ona tətbiq olunan rüsumların yüksək olması xaricdən malları idxal edən sahibkarları qiymətləri artırmağa vadar edir və süni qiymət artımına səbəb olur.

Gömrük dəyərinin bu cür artırılması vergi ödəyicisi ilə gömrük orqanı arasında mübahisələrə səbəb olur ki, bu da biznesin çevikliyini aşağı salır və idxalçı üçün əlavə saxlanma xərclərinin yaranmasına gətirib çıxarır. Bir sıra hallarda gömrük orqanlarının əməkdaşları idxal zamanı tətbiq edilən gömrük dəyərini artıq eyni adlı malın həmin qiymətlə gömrük rəsmiləşdirilməsindən keçdiyi və heç bir halda daha aşağı qiymətlə rəsmiləşdirilməyəcəyi ilə əsaslandırırlar. Aydındır ki, belə tələb qanunun tələblərinə ziddir və biznes üçün əlavə xərc yaratmağa səbəb ola bilməz. Bunu da vurğulamağı vacib hesab edirik ki, yükün ölkəyə gətirilməsindən öncə hesablanan rüsum və vergilərin məbləği ilə yük gəldikdən sonra ödənilməsi tələb olunan məbləğ arasında fərqlərin yaranması biznes mühitinin proqnozlaşdırıla bilən olmasına ciddi əngəl yaradır” (APA).

Azərbaycana xaricdən ən çox bu mallar gətirilir - SİYAHI | Modern.az

AmCham-ın bu hesabatı illərdir Azərbaycana idxal olunan məhsulların qiymətindəki ifrat bahalığın əsas səbəblərindən birini açıq şəkildə ortaya qoyur. Gömrük orqanlarının bu cür fəaliyyəti ölkədə inflyasiyanı sürətləndirməklə yüz minlərlə ailənin cibinə girilməsi, eyni zamanda sahibkarlığın inkişafına ağır zərbə vurulması deməkdir. Bu, həm də ölkə rəhbərliyinin əhalinin aztəminatlı təbəqələrinə sosial dəstək sahəsində apardığı humanist siyasətinə zərbə vurulmasıdır: dövlət büdcəsindən aztəminatlı təbəqələrin dəstəklənməsi üçün yüz milyonlarla, milyardlarla manat vəsait sərf olunur, lakin gömrük orqanlarının idxal mallarının qiymətini artıran fəaliyyəti həmin vəsaitlərin inflyasiyanın yeminə çevrilməsinə gətirib çıxarır.

Azərbaycana idxal olunan mallar BAHALAŞACAQ? - VACİB AÇIQLAMA | Baku.ws  Xəbər saytı - Son xəbərlər və Hadisələr

Bəzən bu fəaliyyət gömrük orqanlarının dövlət büdcəsi qarşısında öhdəliyinə əməl etməsi zərurəti ilə əsaslandırılır. Lakin bu, yumşaq desək, bəhanədir. Çünki bir sıra hallarda gömrük məmurlarının maraqlı olduqları məhsullar hətta idxal ölkəsindəki qiymətindən belə ucuz rəsmiləşdirilir. Digər tərəfdən, Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi bilavasitə Komitənin təklifi ilə proqnozlaşdırılır. Komitənin sahibkarları, idxalçıları əlavə xərcə salmaqla topladığı bir neçə yüz milyon manat rüsum daxili bazarda qiymətlərin 4–5 faiz artmasına səbəb olmaqla geniş ölçüdə dövlətə ondan bir neçə dəfə ağır xərcə başa gəlir.

Bizə qoşulun