Medianews.az
Argentinada fövqəladə vəziyyət
48 baxış

Argentinada fövqəladə vəziyyət elan edildi

Argentina hökuməti meşə yanğınları səbəbindən La-Pampa əyalətində və Pataqoniyanın üç bölgəsində fövqəladə vəziyyət elan edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Manuel Adorni məlumat verib.

Qeyd edək ki, Argentinanın cənubunda bir neçə həftədir meşə yanğınları davam edir.

YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Los-Alerkes Milli Parkı da yanğına məruz qalıb.

Bizə qoşulun