Son illərdə sağlam qidalanmaya üstünlük verənlərin diqqətini çəkən ekzotik meyvələrdən biri – “qızıl çiyələk” həm görünüşü, həm də faydaları ilə seçilir.
Medianews.az-ın məlumatına görə, saralmış, kağızabənzər qabığın içində gizlənən bu kiçik meyvə yüksək qida dəyərinə malikdir.
Mütəxəssislərə görə, vitamin, mineral və antioksidantlarla zəngin olan “qızıl çiyələk” orqanizmi qoruyan təbii “qalxan” rolunu oynayır.
C vitamini ilə zəngin olan bu meyvə hüceyrələri sərbəst radikalların təsirindən qoruyur, yaşlanma prosesini ləngidir və xroniki xəstəlik riskini azaldır.
“Qızıl çiyələk” immun sistemini möhkəmləndirərək orqanizmin müdafiə qabiliyyətini artırır. Xüsusilə mövsüm keçidlərində infeksiyalara qarşı davamlılığı yüksəldir.
Meyvə qan şəkərinin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir və balansın qorunmasına dəstək verir.
Tərkibindəki A vitamini və karotenoidlər (lütein və zeaksantin) göz sağlamlığını qoruyur, kalsium və fosfor isə sümük quruluşunu gücləndirir.
Liflə zəngin olan “qızıl çiyələk” həzmi yaxşılaşdırır, toxluq hissi yaradaraq arıqlama prosesində də faydalı hesab olunur.
Medianews.az