Endokrinoloq Stanislav Xan bildirib ki, qırmızı ət nə zəhər, nə də super qidadır.
Medianews.az xəbər verir ki, Xanın sözlərinə görə, onun həm müsbət, həm də mənfi cəhətləri var.
Həkim izah edib ki, qırmızı ət, tam protein, asanlıqla həzm olunan dəmir, B12 vitamini və sink üçün əla bir mənbədir. Bu, anemiya və sarkopeniyanın qarşısını almaq üçün əhəmiyyətli bir qidadır.
Qırmızı ətin mənfi cəhətlərinə gəldikdə, həkim onun ürək-damar xəstəlikləri riskini artırdığını deyir və ÜST onu xərçəng riskini artıran ehtimal olunan kanserogen kimi təsnif edir.
Xan yazıb ki, qırmızı ətin tamamilə xaric edilməməli, əksinə azaldılmalıdır.
Medianews.az