“Əgər qastritiniz varsa, ağ çörəkdən tamamilə imtina etməlisiz”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Sofiya Kovanova deyib.
Onun sözlərinə görə, qastrit, kolit, mədə xorası və ya qıcıqlanmış bağırsaq sindromu olanlar üçün çörək tövsiyə edilmir.
Çünki tam taxıllar qaz istehsalını artırır və mədə narahatlığını daha da pisləşdirir. Bununla belə, o, qlütenə qarşı dözümsüzlüyü olanların qlütensiz çörəyi yeməyi məsləhət görür.
Kovanova sözlərinə davam edərək bildirib ki, diabetli insanlar çörək istehlakını məhdudlaşdırmalıdırlar, lakin onu pəhrizlərindən tamamilə çıxarmağa ehtiyac yoxdur.
Həkim həmçinin diabet xəstələrini çörək qablaşdırmasını diqqətlə oxumağa və 100 qramda 3 qramdan çox olmayan şəkər olan variantları seçməyə çağırıb.
Medianews.az