ABŞ-nin "Amazon" şirkəti gələn həftə işçilərin kütləvi ixtisarının ikinci mərhələsini reallaşdırmağı planlaşdırır.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu dəfə 14 min əməkdaş işsiz qala bilər.
İxtisarlar "Amazon Web Services", onun pərakəndə satış bölməsi "Prime Video" və insan resursları şöbəsinə təsir edəcək. Agentlik vurğulayıb ki, ABŞ şirkətində ixtisarlar ümumilikdə 30 000 işçiyə aid edilməlidir. Bu, şirkət üçün nəhəng ixtisar mərhələsi olacaq.
Xatırladaq ki, 2022-ci ildə "Amazon" 27 000 işçini ixtisar edib.
"Amazon"un baş direktoru Endi Cessi əvvəllər izafi bürokratiya ilə mübarizə aparmaq üçün süni intellektdən daha geniş istifadənin zəruriliyini açıq bildirmişdi. Agentlik qeyd edir ki, ixtisarların son miqyası şirkətin maliyyə prioritetlərindən asılı olaraq tənzimlənə bilər.