Diyetoloq Tim Spektor qəhvənin qan təzyiqinə təsiri ilə bağlı məşhur bir mifi təkzib edib.
Medianews.az xəbər verir ki, Spektor bildirib ki, tibb təhsili aldığı müddətdə tələbələrə qəhvənin son dərəcə zərərli olduğu öyrədildiyi üçün qəhvədən çəkinirdi.
"Əvvəllər qəhvənin qan təzyiqini qaldırdığı barədə bir mif var idi. Amma indi bilirik ki, əksinə, onu aşağı salır", - deyə o qeyd edib.
Bundan əlavə, diyetoloqun sözlərinə görə, qəhvə bağırsaq funksiyasına müsbət təsir göstərir, diqqəti yaxşılaşdırır, əhval-ruhiyyəni və enerji səviyyəsini artırır.
Bundan əlavə, Spektor əlavə edib ki, bu içkinin tərkibində polifenollar var - bədəndə ümumi iltihabı azaldan və oksidləşdirici stressdən qoruyan maddələr.
Medianews.az