Medianews.az
Azərbaycan bu ölkəyə 120 ton
70 baxış

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

025-ci il ərzində Azərbaycandan ixrac olunan at ətinin miqdarı açıqlanıb.

Bu barədə Medianews.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində Azərbaycandan ümumilikdə 120 ton at əti ixrac olunub.

At əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib.

Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ən çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan, Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə məşhurdur.

Bizə qoşulun