Medianews.az
Qələbə şansları açıqlandı -
83 baxış

Qələbə şansları açıqlandı - “Avroviziya 2026”

Eurovisionworld.com saytı “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinə qatılanların şanslarını araşdırıb.

Medianews.az bildirir ki, bukmekerlərin proqnozunda Finlandiya 28 faiz qələbə şansı ilə önə çıxır.

Fransa qələbəyə 12, Danimarka 10, Avstraliya və Yunanıstan 8, İsveç 5, İsrail 4, Ukrayna və İtaliya 3, Rumıniya, Kipr, Malta və Çexiya 2 faiz imkanla göstərilir.

Qalan iştirakçıların zəfər şansı 1 faiz və daha az qiymətləndirilir.

Avstriyanın paytaxtı Vyananın ev sahibi olacağı yarışa 35 ölkə qatılır. Birinci yarımfinalda (12 may) Belçika, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, Litva, Moldova, Monteneqro, Polşa, Portuqaliya, San Marino, Serbiya, Yunanıstan, ikinci yarımfinalda (14 may) Albaniya, Avstraliya, Azərbaycan, Bolqarıstan, Çexiya, Danimarka, Ermənistan, İsveçrə, İtaliya, Kipr, Latviya, Lüksemburq, Malta, Norveç, Rumıniya, Ukrayna yer alır.

Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.

Azərbaycanı Cəmilə Həşimova təmsil edəcək.

Ölkə əvvəl 17 “Avroviziya”da yarışıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyib.

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun