Medianews.az
Qəhvənin gözlənilməz faydası:
101 baxış

Qəhvənin gözlənilməz faydası: Alimlərdən maraqlı KƏŞF

Yapon alimləri qəhvənin diş əti iltihabını azaltmağa kömək edə biləcəyini müəyyən ediblər.

Medianews.az xəbər verir ki, araşdırmaya görə, qəhvə dənələrində olan xlorogen turşusu diş əti toxumasında iltihabı azalda və diş əti xəstəliklərə səbəb olan bakteriyaların artmasını zəiflədə bilər.

Laboratoriya təcrübələri göstərib ki, bu maddə iltihabın yaranmasında mühüm rol oynayan interlökin-1β və interlökin-8 kimi molekulların istehsalını azaldır. Həmçinin ağız boşluğunda geniş yayılmış bəzi bakteriyaların böyüməsini də ləngidir.

Alimlərin fikrincə, xlorogen turşusu gələcəkdə ağız yaxalayıcıları və digər diş gigiyenası vasitələrinin hazırlanmasında istifadə oluna bilər.

Medianews.az

Bizə qoşulun