Medianews.az
Rusiyadan Ukrayna ilə təhlükəsizlik
117 baxış

Rusiyadan Ukrayna ilə təhlükəsizlik açıqlaması

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna üçün təhlükəsizlik təminatlarının Rusiyanın iştirakı olmadan formalaşdırılmasının mümkün olmadığını bildirib.

Medianews.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Almaniya Kansleri Fridrix Mertsin Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması prosesində Rusiyanın iştirakına ehtiyac olmadığı barədə bəyanatını şərh edib.

Kremlin sözçüsü Avropa ölkələrinin bu məsələdə çıxılmaz yanaşma nümayiş etdirdiyini deyərək bildirib ki, Ukrayna ilə bağlı təhlükəsizlik təminatlarını Rusiyasız müəyyənləşdirmək mümkün deyil.

"Əgər Avropa ölkələri bu mövqedə israr edərlərsə, onların Ukrayna böhranının həlli prosesində iştirak etmək imkanları olmayacaq", – deyə Peskov vurğulayıb./Manşet.az

Bizə qoşulun