“Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlər yavaş-yavaş neft ixracından əldə etdiyi gəlirlərə yaxınlaşır”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a açıqlamasında belə deyib.

Gömrük hesabatına istinad edən İ.Şaban bildirib ki, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 1000 kubmetrinin orta qiyməti 350,23 dollar təşkil edib: “Halbuki dövlət büdcəsində qazın ixrac qiyməti 242 dollar proqnozlaşdırılmışdı.
2025-ci ildə Azərbaycanın xam neft ixracından gəliri 12,1 milyard dollar, təbii qazdan isə 8,82 milyard dollar olub”.