Medianews.az
Qarşıda iş günü sayılmayan neçə dövlət bayramı var?
1,227 baxış

Qarşıda iş günü sayılmayan neçə dövlət bayramı var?

2025-ci ilin iş günü sayılmayan dövlət bayramlarının əksəri arxada qalıb: Yeni il, Qadınlar Günü, Novruz bayramı, Ramazan bayramı, Qələbə Günü, Müstəqillik Günü, Qurban bayramı, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü.

Medianews.az bildirir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü 8-11 noyabrda (şənbə-çərşənbə axşamı) bayram olunacaq.

İlin bayram təqvimi isə 31 dekabrda (çərşənbə) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə yekunlaşacaq.

Beşgünlük iş həftəsində 10 və 11 noyabr, altıgünlük iş həftəsində 10 noyabr əlavə istirahət günləridir. Çünki Əmək Məcəlləsinə görə, iş günü hesab olunmayan bayram günləri şənbə və bazar günlərinə təsadüf edəndə əlavə istirahət günü verilir.

Ölkənin üç dövlət bayramı iş günü sayılır. Bu il həmin bayramlardan Müstəqilliyin Bərpası Günü (18 oktyabr) şənbəyə, Konstitusiya Günü (12 noyabr) çərşənbəyə, Milli Dirçəliş Günü (17 noyabr) bazar ertəsinə təsadüf edir. 

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun