“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.
Medianews.az xəbər verir ki, Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşacaq.
Matç məşhur “Enfil Road” stadionunda baş tutacaq. Ağdam klubu rəqibindən çətin səfərdə xal ala bilsə, pley-offa vəsiqə qazanmış olacaq. Lakin Azərbaycan çempionu məğlub olacağı halda belə istəyinə çata bilər. Bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsi
8-ci tur
28 yanvar 00:00.
“Liverpul” – “Qarabağ”
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Liverpul. “Enfild Roud” stadionu.
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ” : Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
“Liverpul”: Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo