Medianews.az
Bakının nəqliyyat düyünü tramvayla açılacaq? -
78 baxış

Bakının nəqliyyat düyünü tramvayla açılacaq? - Ekspertin şərhi

"Bu gün çeşidli nəqliyyat vasitələrinin çoxluğu sərnişinlərin mənzil başına rahat gedişini təmin edir”.

Bunu Medianews.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev Bakı və ətraf kəndlərdə çəkilməsi nəzərdə tutulan tramvay xətlərinin əhəmiyyətindən danışarkən deyib. Ekspert bildirib ki, tramvay xətti çəkilən istiqamətdən gələn bütün sərnişinlərin yolu asanlaşacaq:

"Plana görə, Məhəmmədli, "Sea Breeze”, Binəqədi və "28 May" istiqamətində tramvay xətti olacaq. Ora mərkəzdir, həm dəmir yolu, həm metro, həm də digər nəqliyyat vasitələri var. Sərnişinlər həmin xətlərdən istifadə etməklə istədiyi istiqamətə gedə biləcək. Bu xətt böyük üstünlük təşkil edəcək”.

Yasin Mustafayev hazırda sərnişinlərin tıxacdan əziyyət çəkdiyini xatırladıb:

"Sərnişin səhər işə, axşam evinə getmək üçün saatlarla sıxlıqda qalır. Bunun üçün çoxlu nəqliyyat vasitələrinin sərnişinlərin ixtiyarına verilməsi məqsədəuyğundur”.

Qeyd edək ki, Mehdiabaddan "28 May" metrostansiyasına tramvay yolu çəkiləcək. Artıq bu istiqamətdə tramvayın tətbiqi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Bizə qoşulun