Hazırda "Aile bir imtihandır" serialında rol alan Afra Saraçoğlu layihədəki tərəf müqabili Kənan İmirzalıoğlu ilə öpüşmə səhnəsində rol almaqdan imtina edib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına məlumat yayılıb.
Bildirilir ki, Türkan Şoraydan sonra yalnız Afra Saraçoğlu Türkiyədə ssenaridə yazılmış öpüşmə səhnəsindən imtina edib.
Qeyd edək ki, layihə başlamadan əvvəl də baş rol aktyorları arasındakı yaş fərqi gündəm olmuşdu. Lakin "ATV" kanalında işıq üzü görən serial hazırda reytinqlərdə ön sırada yer alır.