Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Medianews.az xəbər verir ki, o "əgər bu gün "Liverpul" "Qarabağ"ı udsa, söz verirəm ki, daha heç vaxt Kəramət Böyükçölün kitablarını oxumayacağam" deyə paylaşım edib.
Bəhram Bağırzadənin bu paylaşımı birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərindən onu bu paylaşıma görə tənqid edənlər kifayət qədər olub.