Rumıniyada Qara dəniz sahilində dəniz minası tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Kapu-Midia hərbi poliqonunun yaxınlığında yerləşən çimərlik ərazisində qeydə alınıb.
Məlumata görə, mina yanvarın 28-də sahildə hərbçilər tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazi mühasirəyə alınaraq mülki şəxslərin girişinə məhdudiyyət qoyulub.