Medianews.az
Qarabağ kanalında batan şəxsin axtarışları davam edir
212 baxış

Qarabağ kanalında batan şəxsin axtarışları davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə iyulun 17-də Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Medianews.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizə qoşulun