UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə klubların əldə etdiyi gəlirlərlə bağlı statistik göstəricilər yayımlanıb.
Siyahıya Fransa çempionu və turnirin qalibi olan PSJ başçılıq edir.
Paris təmsilçisi turnirdən ümumilikdə 145,5 milyon avro gəlir əldə edib.
İkinci pillədə İngiltərənin "Arsenal" klubu yer alıb. London təmsilçisinin qazancı 142 milyon avro təşkil edib. İlk üçlüyü isə Almaniyanın "Bayern Münhen" klubu tamamlayır – 127,5 milyon avro.
İlk beşlik isəbelədir:
PSJ – 145,5 milyon avro
"Arsenal" – 142 milyon avro
"Bayern Münhen" – 127,5 milyon avro
"Liverpul" – 109,5 milyon avro
"Atletiko Madrid" – 107,5 milyon avro
İlk onluqda həmçinin "Real Madrid", "Barselona", "Manchester Siti", "Çelsi" və "Tottenhem Hotspur" yer alıblar.
Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabag" siyahıda 32-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi Çempionlar Liqasındakı çıxışı sayəsində 36 milyon avro gəlir əldə edib.
Türkiyənin turnirdə ən çox qazanan komandası "Galatasaray" olub. İstanbul təmsilçisi 50 milyon avro gəlirlə ümumi siyahıda 21-ci sırada qərarlaşıb. Qazaxıstanın "Kayrat" klubu siyahıda 36-cı və sonuncu yerdə qərarlaşıb. Almatı təmsilçisinin qazancı 21 milyon avro olub./BAKU.WS
