Psixoloq Marta Barranko xəyanət etmiş şəxslərin partnyorlarının etibarını yenidən qazanması üçün vacib məsləhətlər verib.
Medianews.az xəbər verir ki, Barrankonun sözlərinə görə, etibarın bərpası uzun zaman tələb edir və bəzi hallarda münasibət əvvəlki kimi ola da bilməz. O qeyd edib ki, bu prosesi əsasən xəyanət edən tərəf idarə etməli və münasibətin qorunması üçün aktiv addımlar atmalıdır.
Psixoloq nümunə kimi ona müraciət edən bir cütlüyü də xatırladıb və bildirib ki, etibarın bərpasında empatiya və anlayış əsas rol oynayır.
Mütəxəssisə görə, xəyanət edən şəxs partnyorunun emosional ehtiyaclarına diqqət göstərməli, onun narahatlıqlarını dinləməli, müdafiə mövqeyi almadan üzr istəməli və dəstək olmalıdır.
Medianews.az