Medianews.az
Prezident mühakimə olunan dəstə üzvlərinin şəkillərini paylaşdı -
89 baxış

Prezident mühakimə olunan dəstə üzvlərinin şəkillərini paylaşdı - FOTOLAR

Salvador prezidenti Nayib Bukeleni mühakimə olunan dəstə üzvlərinin fotolarını yayıb. Onun paylaşımı ölkədə davam edən iri məhkəmə prosesini yenidən diqqət mərkəzinə gətirib.

Medianews.az xəbər verir ki, 486 nəfərin təqsirləndirildiyi işdə “MS-13” üzvlərinə qarşı 47 mindən çox cinayət epizodu irəli sürülür.

MS-13 (Mara Salvatrucha) — 1980-ci illərdə Los-Ancelesdə salvadorlu mühacirlər tərəfindən yaradılan, ABŞ və Mərkəzi Amerikada fəaliyyət göstərən, son dərəcə zorakı və qəddar beynəlxalq cinayətkar qruplaşmadır.

Prokurorluğun məlumatına görə, şübhəlilər 2012-2022-ci illərdə qətl, qadın qətli, quldurluq və silah qaçaqmalçılığı kimi ağır cinayətlərdə ittiham olunur. Onları uzunmüddətli, bəzi hallarda isə 200 ildən artıq həbs cəzası gözləyə bilər.

2022-ci ildən tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində 90 mindən çox şəxs saxlanılıb və kütləvi məhkəmə proseslərinə şərait yaradılıb. İnsan hüquqları təşkilatları isə bu addımların ədalətli məhkəmə hüququnu məhdudlaşdırdığını bildirir.

Təqsirləndirilənlərin bir qismi 2023-cü ildə açılan yüksək təhlükəsizlikli CECOT həbsxanasında saxlanılır. Hökumət sərt tədbirlərin nəticə verdiyini və ölkədə cinayət səviyyəsinin azaldığını açıqlayıb.

Medianews.az

 

Bizə qoşulun