Medianews.az
Prezident icra başçısına şiddətli töhmət elan etdi
996 baxış

Prezident icra başçısına şiddətli töhmət elan etdi

Avqstun 29-da Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi haqda sərəncam imzalayıb.

Medianews.az xəbər verir ki, sərəncamda icra başçısına işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edildiyi bildirilir.

Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2023-cü ildən York (İngiltərə) və Strasburq (Fransa) universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirir.

2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, 2012-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında, 2018-ci ildən 1 noyabr 2024-cü il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2024-cü il tarixli sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Medianews.az

Bizə qoşulun