2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib.
Medianews.az xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb.
17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib.
39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub.
Avropalılar bundan sonra daha 2 dəfə də fərqləniblər. Nematovun avtoqolu, Leaonun qolu hesabı 5:0 edib.
Görüş bu hesabla başa çatıb.