Medianews.az
Taylandda gecə klubunda dəhşətli yanğın -
173 baxış

Taylandda gecə klubunda dəhşətli yanğın - 27 ölü, 63 yaralı

Taylandın paytaxtı Banqkokda yerləşən gecə klubunda güclü yanğın baş verib.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində azı 27 nəfər həlak olub, 63 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatda yaralılardan 22-nin vəziyyətinin ağır olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, hadisədən əvvəl elektrik sistemində nasazlıq müşahidə olunub, ardınca partlayış baş verib və bina qalın tüstüyə qərq olub.

İlkin ehtimallara əsasən, yanğına tavandakı kondisioner sistemində baş vermiş qısaqapanma səbəb olub.//Qafqazinfo



Bizə qoşulun