Son vaxtlar Xırdalanda həyət və mənzil evlərinin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə olunur. Mütəxəssislər və sakinlər bunu əsasən nəqliyyat sıxlığı, artan gündəlik yol xərcləri və son aylarda baş verən subasma problemləri ilə əlaqələndirirlər.
Medianews.az bildirir ki, Bakı-Sumqayıt şosesində uzunmüddətli tıxaclar, ictimai nəqliyyatın çatışmazlığı və taksi xərclərinin artması bir çox ailəni paytaxtın mərkəzinə daha yaxın ərazilərə köçməyə sövq edir. Digər tərəfdən, güclü yağışlar nəticəsində bəzi yaşayış evlərində yaranan nəmişlik və subasma halları da satışların artmasına təsir göstərib.
Təkliflərin çoxalması qiymətlərə də təsir edib. Hazırda Xırdalanda 3 otaqlı həyət evləri 35 min manatdan, bəzi 4 otaqlı evlər isə 65-67 min manatdan satışa çıxarılır.//metbuat