Medianews.az
Ən zəngin protein mənbələrindən biri -
103 baxış

Ən zəngin protein mənbələrindən biri - Diyetoloq açıqladı

Diyetoloq Emi Şapiro ucuz, faydalı və çoxlarının diqqət etmədiyi protein mənbəyini açıqlayıb.

Medianews.az xəbər verir ki, diyetoloq mal ətinin daxili orqanlarının, xüsusilə mal qaraciyərinin yüksək qida dəyərinə malik olduğunu bildirib.

Onun sözlərinə görə, 100 qram mal qaraciyərində təxminən 26 qram protein var. Bu göstərici eyni miqdarda qiymə mal ətindəki proteinlə demək olar ki, eynidir. Bundan əlavə, qaraciyər vitamin və minerallarla zəngindir.

Diyetoloq daxili orqanların dadını sevməyənlərə onları qiymə ilə qarışdıraraq kotlet, küftə və digər yeməklər hazırlamağı tövsiyə edib. Bunun dadı alışmağa kömək etdiyini və rasionu daha qidalı etdiyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun