Medianews.az
Tarlada yatarkən köynəyinə kobra girdi -
167 baxış

Tarlada yatarkən köynəyinə kobra girdi - VİDEO

Hindistanda tarlada yuxuya gedən fermerin köynəyinin içinə kobra girib.

Medianews.az xəbər verir ki, hadisə ətrafdakıların mobil telefonla lentə aldığı görüntülərdə əks olunub.

Kadrlarda fermerin ilanın sancmaması üçün uzun müddət hərəkətsiz uzandığı görünür. Bu zaman dostları onun köynəyinin düymələrini ehtiyatla açaraq kobranı çıxarmağa çalışıblar.

Təxminən dörd dəqiqə davam edən müdaxilədən sonra köynək çıxarılıb və kobra təhlükəsiz şəkildə uzaqlaşdırılıb. Fermer isə ilan sancmasına məruz qalmadan xilas olub.

Hadisənin Hindistanın hansı bölgəsində baş verdiyi və ilanın sonradan necə uzaqlaşdırıldığı barədə rəsmi məlumat açıqlanmayıb.

Medianews.az

 

 

Bizə qoşulun