Yenilənmiş milli hesabata görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda 1 milyon 98,9 min nəfər pensiyaçı qeydiyyatda olub, 166 min 727 nəfər yaşa görə aylıq müavinət alıb.
Medianews.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 127 min nəfər göstərilib.
1992-ci ilə 1 milyon 287,7 min, 1993-cü ilə 1 milyon 118 min, 1994-cü ilə 1 milyon 250,9 min, 1995-ci ilə 1 milyon 282,9 min, 1996-cı ilə 1 milyon 226,8 min, 1997-ci ilə 1 milyon 245,4 min, 1998-ci ilə 1 milyon 206,4 min, 1999-cu ilə 1 milyon 176,5 min, 2000-ci ilə 1 milyon 202,1 min nəfərə pensiya verilib.
2001-ci il 1 milyon 218,6 min, 2002-ci il 1 milyon 245 min, 2003-cü il 1 milyon 285 min, 2004-cü il 1 milyon 326,8 min, 2005-ci il 1 milyon 372,7 min, 2006-cı il 1 milyon 398,8 min, 2007-ci il 1 milyon 226,8 min, 2008-ci il 1 milyon 248,7 min, 2009-cu il 1 milyon 275,1 min, 2010-cu il 1 milyon 308,4 min nəfər pensiyaçı ilə başlayıb.
2011-ci ilə 1 milyon 292,1 min, 2012-ci ilə 1 milyon 277,6 min, 2013-cü ilə 1 milyon 272,1 min, 2014-cü ilə 1 milyon 277 min, 2015-ci ilə 1 milyon 290,9 min, 2016-cı ilə 1 milyon 299,9 min, 2017-ci ilə 1 milyon 315,2 min, 2018-ci ilə 1 milyon 318,4 min, 2019-cu ilə 1 milyon 295,5 min, 2020-ci ilə 1 milyon 270,5 min nəfər pensiyaçı rəsmiləşib.
2021-ci ilə 1 milyon 228,8 min, 2022-ci ilə 1 milyon 200,5 min, 2023-cü ilə 1 milyon 114,2 min, 2024-cü ilə 1 milyon 95,9 min, 2025-ci ilə 1 milyon 98,3 min nəfər pensiyaçı olduğu bəyan edilib.
Azərbaycanda kişilər 65 yaşda, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyanın minimum məbləği 320 manatdır.
Qanuna görə, pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.
2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.