Medianews.az
Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün
156 baxış

Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

Bakıda 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərəcək könüllülər üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.

Medianews.az "Report"a istinadən xəbər verir ki, forum müddətində yalnız WUF13 könüllüləri paytaxtın ictimai nəqliyyat xidmətlərindən pulsuz yararlana biləcəklər.

Qərarın tədbir iştirakçılarının hərəkət rahatlığının təmin olunması məqsədilə qəbul edildiyi qeyd olunub.

Qeyd edək ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddətində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə müəyyən edilmiş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək. Bununla yanaşı, tədbir məkanına təşkil olunacaq nəqliyyat xidmətləri də ödənişsiz olacaq

Bizə qoşulun