İki il öncə özbək müğənni Dilnoza Əkbərovanın Özbəkistandakı yarışmada "Bayatı-Şiraz" oxuduğunu əks etdirən görüntülər sosial mediada yenidən gündəm olub.
Medianews.az xatırladır ki, vaxtilə "Xəzər Xəbər"ə açıqlamasında Dilnoza Əkbərova Azərbaycan muğamının şah əsərlərindən olan "Bayatı-şiraz"ı gözəl olduğu qədər də ifası çətin bir əsər kimi xarakterizə etmişdi.
"O səs Özbəkistan" yarışmasının münsifləri arasında Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, Xalq artisti, "Yalla" qrupunun rəhbəri Fərrux Zakirov və digərləri Dilnoza Əkbərovanın ifasına yüksək qiymət vermişdilər.
Özbək ifaçının sözlərinə görə, o, "Bayatı-şiraz"ı azərbaycanlı müğənnilərin ifalarında dinləyib və bəyənib.
Medianews.az