Argentina millisinin müdafiəçisi Nikolas Otamendi 2026-cı il dünya çempionatının finalından sonra İspaniya yığmasının futbolçularını sərt tənqid edib.
Medianews.az xəbər verir ki, matçdan sonra Otamendi İspaniya millisinin futbolçularına üz tutaraq bunları deyib:
“Az danışın. Bir həftədir hakimlikdən şikayət edib ağlayırdınız. Həm sən, Rodri, həm də Lyaport bu barədə danışıb ağlayırdınız”.
Qeyd edək ki, finaldan əvvəl İspaniya millisinin müdafiəçisi Emerik Lyaport bəzi dünya çempionatı oyunlarında, xüsusilə Argentinanın iştirakı ilə keçirilən matçlarda hakimlərin müəyyən epizodlara göz yumduğunu iddia etmişdi.
Xatırladaq ki, Argentina 2022-ci ildə qazandığı dünya çempionu titulunu qoruya bilməyib. İspaniya isə tarixində ikinci dəfə dünya çempionu olub.
Medianews.az