Medianews.az
Azərbaycan nefti 20 günə nə qədər bahalaşıb?
166 baxış

Azərbaycan nefti 20 günə nə qədər bahalaşıb?

İyulun 21-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 93,91 dollara yüksəlib.

Medianews.az bildirir ki, bu, ayın siftəsindən 18,57 dollar, büdcə qiymətindən isə 28.91 dollar yuxarı göstəricidir.

Neft bazarı fevralın 28-dən bəri İran ətrafında artıb-azalan gərginlik üzündən çalxalanır.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

2026-cı ilin ilk yarısında Azərbaycanda kondensatla birlikdə 13,3 milyon ton neft çıxarılıb, xaricə 6,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az

Bizə qoşulun