Medianews.az
Orta maaş: mədəndə 3675, kənddə 684 manat
288 baxış

Orta maaş: mədəndə 3675, kənddə 684 manat

2025-ci il oktyabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 1087,7 manata çatıb. Mədən sənayesində orta maaş 3675,2 manat, maliyyə və sığorta fəaliyyətində 2918,4 manat, informasiya və rabitədə 1872,2 manat, peşə fəaliyyəti, elmi və texniki fəaliyyətdə 1806,2 manat, nəqliyyat və anbar təsərrüfatında 1529,8 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 1469 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1209,5 manat, tikintində 1156,4 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 1111 manat göstərilib.

Medianews.az bildirir ki, Dövlət Statistika Komitəsi qalan iqtisadi fəaliyyət növlərini orta maaş baxımından belə sıralayıb:

emal sənayesi - 987,9 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 940,3 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 871 manat;

təhsil - 801 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə - 782,1 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı - 746,3 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri - 739,6 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi - 719,3 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 684 manat;

başqa sahələrdə xidmətlərin göstərilməsi - 1281,9 manat.

Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun