Medianews.az
Oğlunu bəbirdən xilas etdi -
54 baxış

Oğlunu bəbirdən xilas etdi - özünə 50 tikiş atıldı

Hindistanda 60 yaşlı kişi oğlunun həyatını xilas etmək üçün bəbiri öldürüb.

Medianews.az xəbər verir ki, hadisə Qucarat əyalətində, axşam saatlarında basş verib.

Kişi evinin eyvanında yatarkən qəfildən bir bəbir onun üstünə hücum edib. Atasının qışqırıqlarını eşidən 27 yaşlı oğlu evdən qaçıb. Bəbir diqqətini yaralı qurbanından yayındıraraq gəncin üzərinə hücum edib.

Kişi öz təhlükəsizliyini düşünmədən nizə və oraqla bəbirə bir neçə güclü zərbə endirib. Hər iki zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb. Daha sonra onlar özəl klinikaya köçürülüb. 50-dən çox tikiş olan atanın vəziyyəti hələ də ağırdır.

Hadisə yerinə gələn Meşə İdarəsinin rəsmiləri bəbirin cəsədini, eləcə də özünümüdafiə üçün istifadə edilən silahları müsadirə ediblər.

Medianews.az

Bizə qoşulun