Rusiyanın Vladivostok şəhərində 31 yaşlı kişi saç əkimi proseduru zamanı həyatını itirib. İlkin məlumata görə, ölümə yerli anesteziya vurulduqdan sonra yaranan anafilaktik şok səbəb olub.
BAKU.WS xəbər verir ki, mərhumun yaxınlarının bildirdiyinə görə, kişi əməliyyata bir ay hazırlaşıb, bütün tibbi analizlərdən keçib və heç bir problem aşkarlanmayıb. Lakin prosedur günü ilk anesteziya iynəsindən dərhal sonra vəziyyəti qəfil pisləşib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. İlkin ekspertiza ölüm səbəbi kimi ürək çatışmazlığını göstərib. Hadisə ilə bağlı tibbi araşdırma aparılır, ailə isə klinikanı məhkəməyə verməyə hazırlaşır.