Xəbər verdiyimiz kimi, Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin seçilməsini təsdiqləyib.
Medianews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu və Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova namizəd göstərilib.
Qeyd edək ki, bu vəzifəni daha öncə Yusif Babanlı icra edirdi.
O, Azərbaycan İdman Akademiyasının (keçmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) prorektoru olub və 2021-ci ildə Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə həmin vəzifədən azad edilib.