Rusiyanın Orenburq vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarədə Sankt-Peterburq mülki Aviasiya Universitetinin 2 kursantı və təlimatçısı olub.
Hər üçünün öldüyü bildirilir.
Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.